14:54 16-08-2021
news_image
98
FUTBOL

Messisiz də titul qazanacaqlarına inanır - Pike

“Düşünürəm ki, Messi ilə bağlı bütün bu hadisələr və gedişindən sonra bu qələbə bizə özünəinam verir”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun futbolçusu Jerar Pike deyib.

Təcrübəli müdafiəçi La Liqanın I turunun “Real Sosyedad”la görüşünü şərh edib. O, Lionel Messinin gedişindən sonra keçirilən ilk rəsmi matçdakı 4:2 hesablı qələbənin faydasından danışıb: “Bz çox şad və həyəcanlıyıq. Əlbəttə, Leonun komandamızda çıxış etdiyi vaxtla müqayisədə hər şey fərqlidir. Amma bizim titullar uğrunda mübarizə apara biləcək kifayət qədər güclü komandamız var. Bu gün biz bu yolda ilk addımı atdıq”.

Qeyd edək ki, “Barselona” Messinin getdiyini avqustun 5-də açıqlayıb. Argentinalı 5 gün sonra PSJ ilə 2+1 illik müqavilə bağlayıb.