15:51 16-08-2021
news_image
120
FUTBOL

Evi qarət olundu - Peresin

Fransanın “Marsel” klubunun futbolçusu Luan Peres xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin evi qarət olunub.

Bu gecə təxminən saat 1 radələrində cinayətkarlar evə daxil olub. Onlar qiymətli əşyaları aparıb. Peresə dəyən ziyan 20 min avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Peresin şərəfini qoruduğu “Marsel” dünən “Bordo” ilə qarşılaşıb – 2:2.