16:29 16-08-2021
news_image
355
FUTBOL

Yeni hücumçu üçün 500 min dollar ayırdı – “Neftçi”

“Neftçi” hücumçu problemini həll etməyin çarəsini tapıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, paytaxt təmsilçisi çıxış yolunu transferə ayrılan büdcəni artırmaqda görüb.

Azərbaycan çempionu maraq dairəsinə düşən əcnəbi forvardın alınmasına indi kifayət qədər böyük məbləğ - 450-500 min dollar ayırıb.

Bununla bağlı baş məşqçi Samir Abasova xəbərdarlıq olunub. Ona yeni bir siyahı verilib və çalışdırıcı tez bir zamanda seçim etməlidir.