22:45 16-08-2021
news_image
122
FUTBOL

Ronaldo, yoxsa Messi? – Roy Kinin seçimi

Dünya futbolunun əfsanələri Kriştiano Ronaldo və Lionel Messi növbəti dəfə müqayisə olunub.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin iki ulduzdan hansının daha üstün olduğunu açıqlayıb.

Bir neçə il əvvəl Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd olmuş irlandiyalı Ronaldonu daha yaxşı hesab edib: “Ronaldo. Həftənin hər günü”.

Qeyd edək ki, Kin “Nottinhem Forest”, “Mançester Yunayted”, “Seltik” klublarında və İrlandiya yığmasında oynayıb. O, 2020-ci ilin yayında millimizin baş məşqçisi postuna namizəd olub.