23:28 16-08-2021
news_image
129
FUTBOL

Daha bir transfer - PSJ-də

Fransanın PSJ klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi qapıçı Matias Randriamami ilə müqavilə imzalayıb.

Madaqaskardan olan qolkiper Fransa vətəndaşlığına da malikdir. 18 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb. Bunadək PSJ-nin aşağı yaş qrupları üzrə komandalarında oynayan Matias ilk peşəkar anlaşmasına imza atıb.

Madaqaskarlı qolkiper PSJ-nin əsas komandasında 6-cı qapıçıdır. Burada ondan başqa Canluici Donnarumma, Keylor Navas, Serxio Riko, Aleksandr Letelye və Denis Franki də var.