17:41 16-08-2021
news_image
296
FUTBOL

“Qəbələ”dən “Keşlə”yədək - “Neftçi” 5-ci, “Qarabağ” 6-cı

Azərbaycan Premyer Liqasında ilkin sifariş vərəqinə daxil edilən futbolçuların orta yaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu rəqəm 25 yaş 233 günə bərabərdir.

Çempionatın ən gənc komandası “Qəbələ”dir. Ən yaşlı isə “Keşlə”dir.

“Qəbələ” - 23 yaş 275 gün
“Sumqayıt” - 24 yaş 56 gün
“Sabah” - 25 yaş 23 gün
“Zirə” - 25 yaş 44 gün
“Neftçi” - 25 yaş 174 gün
“Qarabağ” - 26 yaş 318 gün
“Səbail” - 26 yaş 295 gün
“Keşlə” - 28 yaş 3 gün

Sifariş vərəqindəki ən yaşlı futbolçu Saşa Stamenkoviçdir. “Sabah”ın qapıçısı bu ilin yanvarında 36 yaşını qeyd edib. Anar Nəzirov (“Zirə”), Ruslan Əmircanov, Kamal Bayramov və Rail Məlikov (hamısı “Keşlə”) da sifariş olunan 1985-ci il təvəllüdlülərdir.

İki ay öncə 17 yaşı olan Sənan Ağayev (“Sumqayıt”) ən gənc futbolçudur. Ayxan Süleymanlı (“Zirə”) da onun kimi 2004-cü il təvəllüdlü olsa da, 5 ay böyükdür.