00:31 17-08-2021
news_image
222
FUTBOL

Özünə klub axtarır – millinin sabiq futbolçusu

İngiltərə millisinin sabiq futbolçusu Harri Kehill karyerasını davam etdirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, hazırda klubsuz olan 36 yaşlı veteran yeni komanda axtarışına çıxıb.

O, azad agent statusuna malikdir. Kehillin son klubu “Kristal Pelas” olub.

Qeyd edək ki, 2010-18-ci illərdə İngiltərə millisində oynamış müdafiəçi karyerası ərzində “Aston Villa”, “Bernli”, “Şeffild Yunayted”, “Bolton” və “Çelsi”nin formasını geyinib.