18:47 16-08-2021
news_image
243
FUTBOL

Mərakeşdən dəvət - Sabir Buqrinə

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin Mərakeş milli komandasına dəvət olunub.

Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, 25 yaşlı futbolçu millinin DÇ-2022-nin seçmə mərhələsi matçlarından əvvəl keçiriləcək seleksiya xarakterli yoldaşlıq oyunlarında iştirak edəcək.

O, yığmanın düşərgəsinə avqustun 30-da qoşulacaq.

Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş Buqrin “Neftçi”nin heyətində meydana çıxdığı 35 oyunda 5 qola imza atıb.