09:16 17-08-2021
news_image
471
FUTBOL

“İstəyirik ki, “Qarabağ”a necə oynadığımızı göstərək” – “Aberdin”in futbolçusu

“Rayt”la Liqa kubokunun oyunu bizi göydən yerə vurdu. Bunadək son həftələrdə yaxşı oynamışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Aberdin”in oynayan məşqçisi Skott Braun deyib.

Şotlandiya klubunun təcrübəli futbolçusu Konfrans Liqasının “Qarabağ”la avqustun 19-da keçiriləcək görüşü ərəfəsində komandadakı durumdan danışıb: “Cümə axşamı bizi möhtəşəm qarşılaşma gözləyir. Bu matça hazırlaşmalıyıq. Bazar günü göstərdiyimiz oyun bizə xas deyil. Daha yaxşı komanda olmalıyıq. Hər kəs meydanda daha çox güc qoymalıdır. Bütün fikrimizi avrokubok görüşünə yönəltmişik”.

2015-ci ildə “Seltik”in oyunçusu kimi “Qarabağ”la qarşılaşan Braun Ağdam təmsilçisinə bələddir: “İndiki “Qarabağ” bizimlə oynayan komandadan fərqlidir. Onda braziliyalılar çox idi. Amma indi yerli istedadları var. Səbirsizliklə matçı gözləyirik. Yaxşı nəticə qazanıb duelin taleyini Şotlandiyaya saxlamaq istəyirik ki, onlara necə oynadığımızı göstərək. “Qarabağ”la böyük tamaşaçı auditoriyası qarşısında oynadıq. 22 minə yaxın tamaşaçı olardı. Gözəl ab-hava var idi. Amma meydança bir az yumşaq idi. Yaxşı rəqiblə yaxşı mübarizə apardıq. Qrupa düşmək üçün də yaxşı komandalara qalib gəlmək lazımdır”.