10:16 17-08-2021
news_image
153
FUTBOL

Rekord təklif – Premyer Liqa tarixində

İngiltərənin “Mançester Siti” klubu Harri Keynin transferini reallaşdırmaq istəyindən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” hücumçunun keçidi üçün növbəti təklif hazırlayıb.

Mançester təmsilçisi Keynin müqavilə ilə məxsus olduğu “Tottenhem”ə 120 milyon funt sterlinq təklif edib. London təmsilçisi isə forvard üçün 150 milyon istəyir.

Əgər keçid reallaşsa, İngiltərə Premyer Liqası tarixində yeni rekord rəsmiləşəcək. İndiki rekord da “Mançester Siti”yə məxsusdur. Bir müddət əvvəl Cek Qriliş 100 milyon funt sterlinqə transfer olunub.

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Keyn əsas komandada 2011-ci ildə debüt edib.