10:48 17-08-2021
news_image
124
FUTBOL

Start öncəsi hücumçularını itirdi – A seriyasında

İtaliyanın “Torino” klubu ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi iki hücumçusunun xidmətindən məhrum olub.

Andrea Belotti və Simone Dzadza zədədən əziyyət çəkir. Hər iki forvard A seriyasının startını buraxacağı gözlənilir. Onların “Atalanta” ilə avqustun 21-dəki matça hazır olması real hesab olunmur.