11:23 17-08-2021
news_image
197
FUTBOL

Rusiyada oynamaqdan imtina etdi – İnsinye

İtaliya millisinin və “Napoli”nin futbolçusu Lorenso İnsinye karyerasını Rusiyada davam etdirməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, “Zenit” Neapol təmsilçisinin istədiyi 30 milyon avronu ödəməyə razılaşıb.

30 yaşlı yarımmüdafiəçinin özümə 4 illik müqavilə təklif olunub. İnsinye ildə 8 milyon avro qazanmaq imkanı əldə edib. Amma italiyalı bu təklifi qəbul etməyib.

Qeyd edək ki, “İnter”lə “Tottenhem” də İnsinyenin xidmətində maraqlıdır.