12:42 17-08-2021
news_image
106
FUTBOL

AFFA-nın İcraiyyə Komitəsi qərar verəcək – VAR-la bağlı

Avqustun 19-da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir videokonfrans formatında baş tutacaq.

Yığıncağın gündəliyi açıqlanıb. Tədbirdə aşağıdakı məsələlər müzakirə olunacaq:
 
1. 2022-ci ilin fevral ayından etibarən Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi
2. Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sisteminin tətbiqi
3. 2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar”ın təsdiqi
4. Digər məsələlər