22:01 17-08-2021
news_image
146
FUTBOL

“Napoli”də yeni müdafiəçi – azad agent kimi

İtaliyanın “Napoli” klubu mövsümün startı ərəfəsində heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi müdafiəçi Juanla müqavilə imzalayacaq.

30 yaşlı futbolçu Neapol klubuna azad agent kimi keçəcək. “Roma” ilə müqaviləsi başa çatan Juan artıq “Napoli” ilə ilkin razılıq əldə edib.

Qeyd edək ki, müdafiəçi Rusiya klublarının da maraq dairəsində idi.