13:55 17-08-2021
news_image
326
FUTBOL

Əks qütblərdə - Qurbanovla Sadıqov

Azərbaycan Premyer Liqasında komandaların baş məşqçilərinin orta yaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, çempionatdakı 8 mütəxəssisin orta yaş həddi 41 il 286 günə bərabərdir.

Yalnız iki komandanın çalışdırıcısı bu rəqəmdən daha yaşlıdır. Bu da ötən mövsümün iki ən yaxşısı, avrokubokda da mübarizəni davam etdirən “Qarabağ”la “Neftçi”nin “sükanı arxası”nda olanlardır.

Çempionatın ən təcrübəli baş məşqçisi Qurban Qurbanovdur. “Qarabağ”ın çalışdırıcısını ən yaxın izləyicisindən 6 il ayırır. Bu, “Neftçi”nin baş məşqçisi Samir Abasovdur.

Digər 6 məşqçi isə orta yaş həddindən də gəncdir. Premyer Liqanın ən gənc mütəxəssisi Rəşad Sadıqovdur.

“Zirə”nin baş məşqçisi Qurbanovdan 10 yaş kiçikdir. Maraqlıdır ki, ən yaşlı ilə ən gəncin komandaları elə ilk turda üz-üzə gəlib və heç-heçə oynayıb – 1:1.

Qurban Qurbanov (Qarabağ)

13.04.1972

Samir Abasov (Neftçi)

01.02.1978

Elmar Baxşıyev (Qəbələ)

03.08.1980

Sənan Qurbanov (Keşlə)

04.08.1980

Ramin Quliyev (Sabah)

22.06.1981

Aftandil Hacıyev (Səbail)

13.08.1981

Ayxan Abbasov (Sumqayıt)

25.08.1981

Rəşad Sadıqov (Zirə)

16.06.1982