14:26 17-08-2021
news_image
114
FUTBOL

Millidən gedəcəyi vaxtı müəyyənləşdirdi - Modriç

Xorvatiya millisinin futbolçusu Luka Modriçin yığma karyerasını bitirəcəyi vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya “Real”ının yarımmüdafiəçisi milli ilə gələn il vidalaşmağı planlaşdırır.

Luka Qətərdə keçiriləcək DÇ-2022-nin yığmadakı son turniri olmasına qərar verib. Millidə 2006-cı il martın 1-də debüt edən yarımmüdafiəçi bu müddətdə 142 oyunda 18 qol vurub.

Qeyd edək ki, Modriç yığma ilə DÇ-2018-in gümüş mükafatçısı olub.