15:33 17-08-2021
news_image
745
TOKİO-2020

Medalını hərraca çıxardı – Tokio-2020-nin mükafatçısı

Tokio-2020 Yay Olimpiya Oyunlarının mükafatçısı Mariya Andreyçik medalını hərraca çıxarıb.

Apasport.az saytının məlumatına görə, nizəatma yarışlarında fərqlənən Polşa atleti uşağının müalicəsi üçün pul toplamaq niyyətindədir.

İdmançı öz instaqram səhifəsində bildirib ki, 8 yaşlı Miloşun ürəyində problem var. Artıq 100 min avro toplamağı bacaran xanım uşağını müalicə üçün ABŞ-a yollaya biləcək: “Ötən həftə satışa çıxardığımı medal satıldı. Qalibin ödədiyi vəsaitlə birlikdə Miloş üçün yarım milyon zlotdan (100 min avro) çox pul topladıq”.

Hərracda Polşanın mağazalar şəbəkələrindən biri qalıb gəlib. Şirkət rəhbərliyi bildirib ki, medalın qiymətini ödəsələr də mükafat idmançıda qalacaq.