23:39 17-08-2021
news_image
186
FUTBOL

“Səninlə fəxr edirəm” – Şakiradan reaksiya

İspaniyanın “Barselona” klubunun futbolçusu Jerar Pikenin həyat yoldaşı Şakira müdafiəçini komandası naminə atdığı təqdirəlayiq addıma münasibət bildirib. 

Apasport.az saytının məlumatına görə, Pike iki yeni futbolçu – Memfis Depay və Erik Qarsiyanın keçidinin qeydiyyata alınması üçün maaşının azaldılmasına razılaşıb.

34 yaşlı futbolçunun bu addımı tanınmış müğənninin instaqram səhifəsində həyat yoldaşını tərifləməsinə səbəb olub: “Səninlə fəxr edirəm, Jerar. Sənin komandan, sənin klubun və biz, sənin ailən həmişə sənə güvənə bilərik”.