16:08 17-08-2021
news_image
152
FUTBOL

Futbolçusunu “Səbail”ə göndərdi – “Neftçi”

“Neftçi” futbolçu Elton Əlibəylini icarəyə verib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, anlaşmaya əsasən, 21 yaşlı müdafiəçi 2 il “Səbail”də çıxış edəcək. 

Ötən mövsüm “Neftçi-2” ilə I Divizionun çempionu olan Əlibəyli əsas komandanın heyətində 1 rəsmi oyunda meydana çıxıb.