17:16 17-08-2021
news_image
282
FUTBOL

Baş məşqçisi postuna gətirildi – millinin

Ukrayna millisinin baş məşqçisi vəzifəsini müvəqqəti icra edəcək mütəxəssis bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu vəzifə Aleksandr Petrakova həvalə olunacaq.

Onun məşqçilər korpusunda Andrey Annenkov və qapıçılarla çalışan Aleksandr Şovkovski yer alacaq. Mütəxəssisin yaxın müddətdə rəsmən təqdim ediləcəyi gözlənilir. Petrakov yığmanı DÇ-2022-nin sentyabrdakı seçmə oyunlarına çıxarmalıdır.

Qeyd edək ki, əvvəlki baş məşqçi Andrey Şevçenko AVRO-2020-dən sonra postunu tərk edib.