22:48 17-08-2021
news_image
320
FUTBOL

"Maribor"un futbolçusunu rənglərinə bağladı - "Sabah"

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Appasport.az klubun saytına istinadən məlumat verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/13), “Solin” (2013/14), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/15), “Çibaliya” (2017/18), Sloveniyanın “Mura” (2018/19) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.