09:04 18-08-2021
news_image
289
FUTBOL

“Qarabağ” hazırlıqlı komandadır” – “Aberdin”in futbolçusu

“Liqa kubokundakı məğlubiyyətdən sonra vəziyyəti dəyişməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu “Aberdin”in futbolçusu Cey Emanuel Tomas deyib.

Şotlandiya klubunun oyunçusu Konfrans Liqasının “Qarabağ”la sabahkı pley-off matçı ərəfəsində fikirlərini açıqlayıb: “Bunun üçün “Qarabağ” üzərində qələbə qazanmalıyıq. İlk oyunun səfərdə keçirilməsi həmişə üstünlükdür. Əlbəttə, əgər sərfəli nəticə əldə etmək mümkün olursa”.

İngiltərəli yarımmüdafiəçi cavab görüşündə meydan amilini vurğulayıb: “Səfərdəki sərfəli nəticədən sonra evə qayıda, doğma azarkeşlərimiz önündə oynaya bilərik. Belə imkanın olması əladır. Azarkeşlərimiz önündə oynamaq əlavə üstünlükdür. Onlar arenaya səs-küy salır, bununla da bizə enerji və ruh verir. Bundan qidalana bilirik”.

Cey pley-offdakı uğurun önəmindən də danışıb: “Qrupa düşsək, bunun dəyəri böyük olacaq. Hələ yayda bu barədə danışmışıq və qarşımıza hədəf qoymuşuq. Avrokuboklarda qrupda oynamaq əla nəticə olar. Azərbaycanda ən yaxşı nəticə qazanmalı, sonradan işi evdə bitirməliyik”.

Yarımmüdafiəçi sabahkı oyuna iddialı yanaşır: “Növbəti hədəf “Qarabağ”ı keçməkdir. Ümid edirəm ki, bunu bacaracağıq. Rəqibin oyunlarına baxmışıq. Onlar hazırlıqlı və strategiyaya malik komandadır. Amma daha çox öz güclü tərəflərimizə baxmalı və onlardan yararlanmalıyıq. Hər bir futbolçumuz qrupda oynamaq və özünü göstərmək istəyir. Səfər matçında hesabı açmaq yaxşı olardı. İlk qol həmişə müsbət rol oynayır”.