09:21 18-08-2021
news_image
186
FUTBOL

Futbolçusunu Bakıya gətirmədi – transferə görə

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Aberdin” daha bir futbolçusunu Şotlandiyada saxlayıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Mettyu Kennedi komandanın heyətindən çıxarılıb.

Çünki “Aberdin” 27 yaşlı hücumameyilli oyunçu ilə yollarını ayırmağa hazırlaşır. Kennedi karyerasını ölkənin digər klubu “Sent-Mirren”də davam etdirəcək. Futbolçunun Peysliyə yollanmasına icazə verilib. Tibbi müayinə uğurla nəticələnsə, Kennedi “Sent-Mirren”lə icazə müqaviləsi imzalayacaq.

Qeyd edək ki, “Aberdin”lə “Qarabağ” arasında ilk oyun sabah Bakıda keçiriləcək.