09:27 18-08-2021
news_image
165
FUTBOL

İspaniyada klinika açdı – Ronaldo

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo yeni klinika açıb.

Apasport.az saytının məlumatına görə, tibb müəssisəsi İspaniyanın Marbelya şəhərində fəaliyyət göstərir.

Saç nəqli üzrə ixtisaslaşan klinika “İnsparya” şirkəti ilə əməkdaşlıq çərçivəsində açılıb. Burada 15 əməliyyat kabinetində 100 mütəxəssis çalışacaq.

Klinikada bir prosedur 6 saata yaxın çəkir. Bunun qiyməti 4600-8200 avrodur.

Qeyd edək ki, klinikanın Madrid filialının yarısı da Ronaldoya məxsusdur.