10:37 18-08-2021
news_image
136
FUTBOL

Daha bir futbolçusunu yola salır – “Real”

“Real” daha bir futbolçusunun gedişinə razılıq verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Martin Edeqor karyerasını “Arsenal”da davam etdirəcək.

Norveç millisinin üzvü ötən mövsümü icarə əsasında keçirdiyi londonlulara bu dəfə birdəfəlik transfer olunub. Klublar arasında danışıq artıq son mərhələdədir və gün ərzində transfer məbləği tam razılaşdırılacaq və keçid həllini tapacaq. 22 yaşlı orta sahə oyunçusu Premyer Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Martin Edeqor ötən mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi “Arsenal”ın heyətində 20 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.