12:28 18-08-2021
news_image
176
DİGƏR NÖVLƏR

Millinin məşqçisi öldü – qəzada

Qadın rapiraçılardan ibarət qılıncoynatma üzrə ABŞ millisinin məşqçisi Entoni Liç həlak olub.

Apasport.az saytının məlumatına görə, mütəxəssis 62 yaşında ölüb.

Onun ölümünə qəza səbəb olub. Motosikletlə hərəkət edən Liç qəzada dünyasını dəyişib.

Mütəxəssis beş Olimpiadada (1996, 2000, 2004, 2016 və 2020) ABŞ yığmasını çalışdırıb. Tokio-2020-də onun yetirməsi Li Kifer ABŞ tarixində bu növdə ilk qızıl medalı qazanıb.

Qeyd edək ki, Liç 2013-cü ildə ABŞ Qılıncoyatma Şöhrət zalına daxil edilib.