19:41 18-08-2021
news_image
277
FUTBOL

"Son şansımızdır" - Samir Abasov

“Sabahkı oyunun gərginliyindən danışmaq artıqdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsində Hayfa “Makkabi”si ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Abasov sabah “Bakcell Arena”da baş tutacaq görüş öncəsi komandasının hazırkı durumunu dəyərləndirib: “Avrokuboklarda yolumuza davam etmək üçün son şansımızdır. Bütün bacardığımızı meydana qoymalıyıq. Gizlətmirəm ki, yaxşı nəticə haqda fikirləşirik. Çox çətin rəqibdir. Bu mövsüm oynadığımız rəqibləri müqayisə etsək, “Makkabi” əvvəlkilərdən daha təhlükəlidir. Həddən artıq təhlükəli oyunçuları var. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq buna hazırıq”.

- Komandada son durum nədir?
- Narahat edən məqamlar var. “Qəbələ” ilə matçdan sonra bəzi uşaqların səhhətində problem yaşandı. Proqramdan kənara çıxmalı olduq. Bəzi oyunçular məşq etməli idi, onlara istirahət verdik, Sezar Meza Kolli cəzalı idi. Meza Kolli və Sabir Buqrinin nə dərəcədə hazır olduqlarını deyə bilmərəm. Sabah meydanda olacaqlar. Amma fiziki durumlarının gözlənilən səviyyədə oynamalarına imkan verib-vermədiyini görəcəyik.

- Uqo Başto oynamağa hazırdır?
- Xeyr, hələ hazır deyil. Koronavirusdan təzə sağalıb, yeni məşqlərə qoşulub. Sıx qrafikdə oynayırıq. Heç bir məşqimiz fiziki gücü artırmaq yöndə deyil ki, Uqoya artıq məşq proqramı verək. Ümumiyyətlə, hələ hazır deyil. Sabah iştirak ərizəsində ola bilər. Amma çox güman ki, oynamayacaq.