19:46 18-08-2021
news_image
216
FUTBOL

“İsrailə sərfəli nəticə ilə gedəcəyik” – Mert Çelik

“Sabahkı oyunun nə qədər çətin olduğunu bilirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Mert Çelik Konfrans Liqasının pley-off mərhələsində Hayfa “Makkabi”si ilə keçiriləcək oyunla bağlı danışarkən deyib.

21 yaşlı futbolçu sabah “Bakcell Arena”da keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransına qatılıb. Milli komandamızın üzvü meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Çox yaxşı hazırlaşmışıq. Rəqibin kimliyi önəmli deyil. Sabah öz meydanımızda meydana çıxacağıq. İnşallah, İsrailə sərfəli nəticə ilə gedəcəyik”.

Gənc oyunçu cari mövsümdəki çıxışını dəyərləndirib: “Hər gün özümü inkişaf etdirməyə çalışıram. Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm”.