12:52 18-08-2021
news_image
143
FUTBOL

10 nömrəni ona təklif etdi – “Barselona”

“Barselona” yarımmüdafiəçisi Filipp Koutinyonu saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu istədiyi məbləğdə təklif almadığı üçün braziliyalıya şans vermək qərarına gəlib.

Baş məşqçi Ronald Kuman da zədəsini sağaldan pelymeykerə güvənir və ondan meydanda liderliyi üzərinə götürməsini tələb edəcək. Rəhbərlik isə Braziliya millisinin üzvünə Lionel Messinin gedişindən sonra boş qalan 10 nömrəli formanı təklif edib. 

Qeyd edək ki, Filipp Koutinyo “Barselona”ya 2018-ci ildə 135 milyon avroya “Liverpul”dan keçib.