21:57 19-08-2021
news_image
608
FUTBOL

Qrupa doğru ilk addım - “Qarabağ”dan

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.

Matçın baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumu da “Qarabağ”ın texnikalı futbolçularının öz oyununu diqtə etməsinə mane olmayıb. Lakin təmsilçimiz bu üstünlüyü yalnız bir dəfə qola çevirə bilib. İlk hissənin ortalarında Xayme Romero qonaqların qapısına yol tapıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.

Konfrans Liqası
Pley-off, ilk oyun
19 avqust
20:00. “Qarabağ” – “Aberdin” (Şotlandiya) - 1:0
Qol: 
Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 19. Filip Ozobiç, 29. Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov
“Aberdin”: 1. Co Lyuis,  2. Ross Makkrori, 3. Cek Makkenzi, 4. Endryu Konsidin, 5. Deklan Qallaher, 8. Skott Braun, 16. Funso Ojo, 19. Luis Ferqyuson, 14. Cey Emmanuel-Tomas, 22. Kelvin Remsi, 9. Kristian Ramirez
Ehtiyat oyunçular: 25. Hari Vuds, 30. Tom Ritçi, 21. Cek Qurr, , 31. Kyeran Nqvenya, 35. Meyson Hankok, 15. Dilan Makqouç, 17. Conni Hayes, 18. Konnor Maklennan, 20. Teddi Cenks, 24. Din Kempbell, 10. Neyl Makqin
Baş məşqçi: Stiven Qlass
Tofiq Bəhramov adına Respublika stadionu