00:22 19-08-2021
news_image
236
FUTBOL

Zidanın hərəkətinin ölkə futbol tarixinə təsirindən danışdı - Həbib Nurməhəmmədov

Yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov 2006-cı ildəki dünya çempionatının final matçında fransalı Zinəddin Zidanın italiyalı rəqibi Marko Materatsini başla vurmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, rusiyalı döyüşçü məsələyə ikitərəfli yanaşıb.

O, futbolda belə halların ölkənin ümumi nəticəsinə təsir etdiyini söyləyib: “Futbol MMA-dan daha çox kütləyə malikdir. MMA-da əsasən özünüzün, futbolda isə dünya və Avropa çempionatı kimi turnirlərdə ölkənin maraqlarını təmsil edirsiniz. Bir insan kobud sözlər deyəndə, namusunuzu qorumağa haqqınız var. Bu baxımdan Zidanı başa düşürəm. Amma digər tərəfdən, həmin hərəkət bütün ölkənin futbol tarixinə təsir etdi. Bir tərəfim onu dəstəkləyir, digər tərəfim bunun nəticələrini düşünmək lazım olduğunu deyir”.

Qeyd edək ki, Zinəddin Zidanın qırmızı vərəqə aldığı DÇ-2006-nın finalında Fransanı penaltilər seriyası ilə üstələyən (1:1, penaltilərlə 5:3) İtaliya dünya çempionu olub.