18:30 12-09-2021
news_image
95
FUTBOL

Futbol tarixinin ən bahalı belçikalıları – Lukakunun 3 transferi “10-luq”da

Belçika futbol tarixinin ən bahalı 10 transferi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya bu günlərdə “İnter”i “Çelsi”yə dəyişən Romelu Lukaku başçılıq edir.

Forvard iki il əvvəl London klubundan “Real”a üz tutan Eden Azarla birlikdə liderliyi bölüşür. Maraqlıdır ki, belçikalıların ən bahalı transferləri siyahısında Lukakunun 3 keçidi yer alıb ki, bunlar da ilk “beşliy”ə düşüb.

1-2. Romelu Lukaku - 115 milyon avro
2021-ci il. “İnter”dən “Çelsi”yə

1-2. Eden Azar - 115 milyon
2019-cu il. “Çelsi”dən “Real”a

3. Romelu Lukaku – 84,7 milyon
2017-ci il. “Everton”dan “Mançester Yunayted”ə

4. Kevin De Bruyne - 76 milyon
2015-ci il. “Volfsburq”dan “Mançester Siti”yə

5. Romelu Lukaku - 74 milyon
2019-cu il. “Mançester Yunayted”dən “İnter”ə

6. Kristian Benteke – 46,5 milyon
2015-ci il. “Aston Villa”dan “Liverpul”a

7. Yuri Tilemans - 45 milyon
2019-cu il. “Monako”dan “Lester”ə

8. Aksel Vitsel - 40 milyon
2012-ci il. “Benfika”dan “Zenit”ə

9. Mişi Batşuayi - 39 milyon
2016-cı il. “Marsel”dən “Çelsi”yə

10. Raca Nainqqolan - 38 milyon
2018-ci il. “Roma”dan “İnter”ə