16:03 18-08-2021
news_image
144
FUTBOL

“Espanyol”a keçdi – “Barselona”nın sabiq müdafiəçisi

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Aleş Vidalın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi karyerasını “Espanyol”da davam etdirəcək.

Onunla 2 illik müqavilə imzalanıb. Vidal Barselona təmsilçisinə azad agent statusu ilə keçib.

Müdafiəçinin son klubu “Sevilya” olub. 2018-21-ci illərdə bu komandada oynayan ispaniyalı daha əvvəl “Barselona”da çıxış edib.