22:48 18-08-2021
news_image
125
FUTBOL

Açılış turunda het-trik edənlər – Premyer Liqa tarixində

İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün açılış turunda “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş “Lids” üzərində böyükhesablı qələbəyə het-triklə töhfə verib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı ilk turda bunu bacaran yeganə oyunçu olsa da, Premyer Liqa tarixində 10-cudur.

Turnir Premyer Liqa adı altında keçirildiyi gündən bəri yalnız 10 futbolçu açılış turunda het-trik etməyi bacarıb. Həmin oyunçuları təqdim edirik...

Miki Kuinn (“Koventri” - 1993-cü il)
“Arsenal” – 3:0

Matt Le Tisser (“Sauthempton” - 1995)
“Nottingem Forest” – 3:4

Kevin Kempbell (“Nottingem Forest” - 1996)
“Koventri” – 3:0

Fabritsio Ravanelli (“Midlsbro” - 1996)
“Liverpul” – 3:3

Dion Dublin (“Koventri” - 1997)
“Çelsi” – 3:2

Qabriel Aqbonlahor (“Aston Villa” - 2008)
“Mançester Siti” – 4:2

Didye Droqba (“Çelsi” - 2010)
“Vest Bromviç” – 6:0

Rahim Sterlinq (“Mançester Siti” - 2019)
“Vest Hem” – 5:0

Məhəmməd Salah (“Liverpul” - 2020)
“Lids” – 4:3

Bruno Fernandeş (“Mançester Yunayted” - 2021)
“Lids” – 5:1