17:53 18-08-2021
news_image
120
FUTBOL

Asiya yolunda – “Tottenhem”in futbolçusu

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Mussa Sissoko karyerasını Asiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Yaxın Şərqdən təkliflər alıb.

Onun xidmətində Qətər və BƏƏ klubları maraqlıdır. Sissoko bir sıra ulduzların karyeralarının sonlarında üz tutduğu ölkələrə gedib-getməmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, Mussa Avropanın bəzi klublarının da diqqət mərkəzindədir.