17:05 18-08-2021
news_image
125
FUTBOL

Çempion kim olacaq? – A seriyasında

Bu həftə start götürəcək A seriyasının favoritləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmekerlər “Yuventus”u çempionluğa əsas namizəd hesab edir.

Turin təmsilçisinin çempionluq əmsalı 2,00-yə bərabərdir. Son çempion “İnter”in şansları 2 dəfədən də çox azdır – 4,50.

“Atalanta” (6,00) üçüncü, “Milan” (10,00) dördüncü, “Napoli” (12,00) beşinci sırada qərarlaşıb. İlk “altılığ”ı “Roma” qapayır – 15,00.