00:16 19-08-2021
news_image
127
FUTBOL

Ən yaxşını açıqladı - Kroos

İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroos dünyanın ən yaxşı futbolçusunu açıqlayıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi Kriştiano Ronaldo və Lionel Messinin rəqabətinə münasibət bildirib.

Kroos fikrini müəyyən məqamlarla əsaslandırıb: “Mənim oynadığım müddətdə ən yaxşı Kriştiano Ronaldodur. Əlbəttə, mən tam obyektiv deyiləm. Çünki portuqaliyalı mənim bu qədər çox mükafatım olmasında həlledici pay sahibidir. Biz təkcə komanda yoldaşı yox, həm də otaq qonşusu idik. O, mənim yanımda yaşayırdı. Onun necə mükəmməllik tərəfdarı olması da diqqət çəkir. Ona görə də mənə Messini ən yaxşı adlandırmaq olmaz”.