19:55 18-08-2021
news_image
554
FUTBOL

Seneqallı hücumçu transfer etdi - "Qarabağ"

"Qarabağ" Norveçin "Hauqesund" klubunun hücumçusu İbrahima Vadjini transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, seneqallı hücumçu ilə imzalanan müqavilənin müddəti 3 ildir.

İbrahima Vadji "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.