09:17 19-08-2021
news_image
201
FUTBOL

Respublika stadionuna görə UEFA-nı qınadı - “Aberdin”in idarə heyətinin rəhbəri

“UEFA-nın Tofiq Bəhramov adına Respublika stadionunda avrokubok oyunlarının keçirilməsinə icazə verməsi çərçivəyə sığmır”.

Apasport.az saytının məlumatına görə, bunu Şotlandiyanın “Aberdin” klubunun idarə heyətinin rəhbəri Deyv Kormak deyib.

O, Konfrans Liqasının pley-off mərhələsinin bu gün “Qarabağ”la keçiriləcək ilk görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun durumundan narazı qalıb. Kormak cavab görüşünün peşəkarların oynamadığı “İnverdi” futbol meydanlarından birində keçirməyi təklif edib: “Siz burada oynayandan dərhal sonra üst-başınız parçalanacaq. Amma burada – Bakıda bir az uzaqda yeni gözəl stadion var. Bəlkə biz də cavab görüşünü “İnverdi”də keçirək”.

Qeyd edək ki, “Qarabağ” – “Aberdin” matçı saat 21:00-da başlayacaq.