10:37 19-08-2021
news_image
183
FUTBOL

11 ildən sonra – darmadağın günü

Bu gün Azərbaycanın iki klubu avrokubok matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarını keçirəcək.

Avqustun 19-u Azərbaycan klubları üçün uğursuz gün sayılır. İndiyədək təmsilçilərimizin iştirakı ilə yalnız bir qarşılaşma baş tutub.

Həmin görüşdə darmadağın qeydə alınıb. 11 il əvvəlki oyunun iştirakçısı “Qarabağ” olub.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda “Borussiya” ilə görüşüb. Almaniyadakı matçda Dortmund klubu 4 cavabsız qolla qalib gəlib.