11:45 19-08-2021
news_image
116
FUTBOL

Portuqaliyalı ulduza elçi düşdü - “Barselona”

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Bernardu Silva komandasını dəyişir.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirmək variantlarını nəzərdən keçirir.

“Barselona” rəhbərliyi onun xidmətində maraqlıdır. La Liqa təmsilçisi “Mançester Siti”yə oyunçu dəyişikliyi təklif edib. Lakin ingiltərəlilər Bernardunu satmağı planlaşdırır.

“Atletiko” da heyətini ulduz ilə gücləndirməyə can atır. Lakin madridlilər onun transferi üçün hansısa futbolçusunu satmalıdır.

Qeyd edək ki, Bernardu üçqat İngiltərə çempionudur.