12:18 22-08-2021
news_image
329
FUTBOL

Transferlərinə ən çox pul xərclənən futbolçular – “10-luq”

Futbolun biznesə çevrilməsi ilə futbolçu transferlərinə ödənilən məbləğlər astronomik həddə çatıb.

Apasport.az saytının məlumatına görə, bir çox oyunçu keçidi zamanı klub tarixində və ya futbol tarixində yeni rekorda imza atır.

Bosman Qanunu yarandıqdan sonra oyunçular komandalarını tez-tez dəyişməyə başladılar və bu da klubları daha çox xərcə salır. Yenicə “Çelsi”yə transfer olunan Romelu Lukaku karyerası ərzində artıq 4-cü dəfədir ki, klubları ciddi məbləğ ödəməyə vadar edir. Bununla belçikalı ümumi transfer qiymətinə görə yeni rekord müəyyənləşdirib.

O, dünyanın ən bahalı futbolçusu Neymarın bu baxımdan rekordunu ələ keçirib. Bu yazıda karyerası ərzində ən çox transfer pulu ödənilən oyunçulara göz gəzdirəcəyik.

1. Romelu Lukaku – 327,6 milyon avro
“Çelsi” - 130 milyon
“Everton” – 38,9 milyon
“Mançester Yunayted” – 84,7 milyon
“İnter” - 74 milyon

2. Neymar - 310 milyon
“Barselona” – 88,2 milyon
PSJ - 222 milyon

3. Kriştiano Ronaldo - 230 milyon
“Mançester Yunayted” - 19 milyon
“Real” - 94 milyon
“Yuventus” - 117 milyon

4. Alvaro Morata - 189 milyon
“Yuventus” - 40 milyon
“Atletiko” - 53 milyon
“Real” - 30 milyon
“Çelsi” - 66 milyon

5. Anxel Di Mariya - 179 milyon
“Benfika” - 8 milyon
“Real” - 33 milyon
“Mançester Yunayted” - 75 milyon
PSJ - 63 milyon

6. Antuan Qrizmann - 174 milyon
“Atletiko” - 54 milyon
“Barselona” - 120 milyon

7. Usman Dembele - 170 milyon
“Borussiya” (Dortmund) - 35 milyon
“Barselona” - 135 milyon

8. Zlatan İbrahimoviç – 169,1 milyon
“Ayaks” – 7,8 milyon
“Yuventus” - 16 milyon
“İnter” – 24,8 milyon
“Barselona” – 69,5 milyon
“Milan” - 30 milyon
PSJ - 21 milyon

9. Filipp Koutinyo – 160,3 milyon
“İnter” – 3,8 milyon
“Liverpul” - 13 milyon
“Barselona” - 135 milyon
“Bavariya” – 8,5 milyon

10. Qonsalo İquain - 159 milyon
“Real” - 12 milyon
“Napoli” - 39 milyon
“Yuventus” - 90 milyon
“Milan” – 10,2 milyon
“Çelsi” – 7,8 milyon