12:11 19-08-2021
news_image
156
FUTBOL

Tarixdə 5-ci - 7 ildən sonra

Azərbaycan futbolu tarixində 5-ci dəfə ölkəmizin iki klubu avrokubokların pley-off mərhələsində oynayır.

Apasport.az saytının məlumatına görə, həmişə hər iki təmsilçimiz eyni turnirdə qrupun bir addımlığında olub.

Bütün hallarda komandalardan biri Çempionlar Liqasını tərk edən klub, digəri aşağı dərəcəli turnirin iştirakçısıdır. Əvvəlki 4 belə mövsümdə bizim cütlük Avropa Liqasında pley-off oynayıb. Bu dəfə belə hadisə Konfrans Liqasında yaşanıb.

İlk dəfə belə hadisə 2009/10 mövsümündə qeydə alınıb. Lakin 12 il öncə klublardan – “Bakı” və “Qarabağ”dan heç biri qrupa düşə bilməyib.

7 il əvvəl indiki kimi “Neftçi” və “Qarabağ” pley-offda qüvvəsini sınayıb. Lakin indikindən fərqli həmin komanda çempion kimi mövsümə başlayıb. Məhz onlar da qrupa düşməyə nail olub. Sonrakı iki ildə “Qarabağ”la “Qəbələ” pley-offda olduğu kimi qrupda da birlikdə çıxış edib. 

Pley-offda 2 komandamızın olduğu mövsümlər
Avropa Liqası

2009/10 – “Bakı” və “Qarabağ”
2014/15 – “Qarabağ” və “Neftçi”
2015/16 – “Qarabağ” və “Qəbələ”
2016/17 – “Qarabağ” və “Qəbələ”
Konfrans Liqası
2021/22 – “Neftçi” və “Qarabağ”
Qeyd: Çempionlar Liqasından yuvarlanan komanda öndə göstərilib.