14:23 22-08-2021
news_image
140
FUTBOL

Karyerasının ən bahalı transferləri - Mourinyonun

Bir vaxtlar dünyanın ən yaxşı baş məşqçisi hesab edilən Joze Mourinyo karyerasındakı enişdən qurtulmaq istəyir.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis “Roma”nın sükanı arxasında əvvəlki dönəminə dönmək niyyətindədir.

Bu üzdən Mourinyonun tələbi ilə “Roma” rəhbərliyi bir neçə oyunçu transfer edib. Onlardan biri də sabiq komandası “Çelsi”dən 40 milyon avroya gətirilən Temmi Abrahamdır.

İngiltərə millisinin üzvü Mourinyonun məşqçilik karyerasında transfer etdiyi ən bahalı oyunçular sırasına düşüb. Jozenin istəyi ilə indiyə qədər alınan ən bahalı transferlərin siyahısı belədir:

1. Pol Poqba - 105 milyon avro
2016-cı il. “Yuventus”dan “Mançester Yunayted”ə

2. Romelu Lukaku – 84,7 milyon
2017-ci il. “Everton”dan “Mançester Yunayted”ə

3. Fred - 59 milyon
2018-ci il. Donetsk “Şaxtyor”undan “Mançester Yunayted”ə

4. Nemanya Matiç – 44,7 milyon
2014-cü il. “Benfika”dan “Çelsi”yə

5. Andrey Şevçenko – 43,9 milyon
2006-cı il. “Milan”dan “Çelsi”yə

6. Henrik Mxitaryan - 42 milyon
2016-cı il. Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə

7. Temmi Abraham - 40 milyon
2021-ci il. “Çelsi”dən “Roma”ya

8. Didye Droqba – 38,5 milyon
2004-cü ildə “Marsel”dən “Çelsi”yə