12:42 19-08-2021
news_image
116
FUTBOL

Berardinin qiyməti bəlli oldu – “Sassuolo” açıqladı

İtaliya millisinin futbolçusu Domeniko Berardi şərəfini qoruduğu “Sassuolo”dan ayrılmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, hücumçu transfer olunması üçün klub rəhbərliyindən xahiş edib.

Berardinin A seriyası təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. 27 yaşlı futbolu rəhbərlikdən onu daha tez satmağı istəyib. “Sassuolo” oyunçusunu əvvəlki kimi 40 deyil, artıq 30 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, “Sassuolo”nun yetirməsi olan Berardi 2012-ci ildən əsas komandada oynayır.