12:48 19-08-2021
news_image
285
FUTBOL

Bumekerlər də “Neftçi”yə inanmır – “Qarabağ” favoritdir

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçiləri “Neftçi” və “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində keçirəcəyi ilk matçlarının da favoritlərini müəyyənləşdirib.

“Neftçi” evdə Hayfa “Makkabi”si (Hayfa) ilə üz-üzə gələcək. Matçda daha şanslı olan qonaqların qələbəsi 2,18, bakılıların uğuru 3,30 əmsaldır. Heç-heçəyə pul qoyuluşu da eyni - 3,30 ilə qəbul olunur.

“Aberdin”i (Şotlandiya) qəbul edəcək “Qarabağ” isə matçın favoritdir. Bakıda baş tutacaq matçda Ağdam klubunun qələbəsi 2,28, rəqibin uğuru 3,20 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,12 əmsal verilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu saat 20:00-da, “Neftçi”nin matçı bir saat sonra başlayacaq.