15:09 29-08-2021
news_image
188
FUTBOL

Əl-Xelaifidən əvvəlki heyəti – PSJ-nin

Yay fasiləsində heyətini daha da zənginləşdirən PSJ hazırda dünyanın ən güclü futbolçularına sahibdir.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu bir növ “qalaktikos” adlanır.

Lakin qətərli iş adamı Nasser əl-Xelaifi 2011-ci ildə klubun səhmlərini almamışdan əvvəl parislilər ortabablardan sayılırdı. PSJ-nin Əl-Xelaifidən əvvəlki son heyətinə nəzər yetirsək, böyük dəyişiklik üzə çıxar.

Qapıçı: Qreqori Kupe (2009-cu il. 800 min avroya alınıb)
Mərkəz müdafiəçisi: Zumana Kamara (2007-ci il. 6 milyona)
Mərkəz müdafiəçisi: Mamadu Sako (klubun yetirməsi)
Sol cinah müdafiəçisi: Silvayn Armand (2004-cü il. 5 milyona)
Sağ cinah müdafiəçisi: Seara (2007-ci il. 2 milyona)
Orta sahə: Metyu Bodmer (2010-cu il. 2,5 milyona)
Orta sahə: Klod Makelele (2008-ci il. Azad agent)
Sol cinah yarımmüdafiəçisi: Nene (2010-cu il. 5 milyona)
Sağ cinah yarımmüdafiəçisi: Lüdovik Jüli (2008-ci il. 2,5 milyona)
Hücumçu: Qiyom Oaro (2008-ci il. 500 minə)
Hücumçu: Mevlüt Erdinç (2009-cu il. 8,5 milyona)