17:32 19-08-2021
news_image
107
FUTBOL

Məhkəməyə cəlb olunur - “Çelsi”nin sabiq əməkdaşları

İngiltərənin “Çelsi” klubunun sabiq əməkdaşları qaradərili futbolçulara qarşı zorakılıqda ittiham olunur.

Apasport.az saytının məlumatına görə, gənclər komandasının sabiq məşqçisi Qrem Riks və gənclərin inkişafı üzrə sabiq direktor Qven Uilyams birdən-birə 10 qaradərili idmançı tərəfindən məhkəməyə verilib.

Onlar iddia edir ki, ötən əsrin 90-cı illərində Rikslə Uilyams tərəfindən mütəmadi şəkildə döyülüb və alçaldılıb. Məhkəmə 2022-ci il martın 7-nə planlaşdırılıb.