15:34 22-08-2021
news_image
119
FUTBOL

“30”u seçən ulduzlar - ADLAR

Uzun illər “Barselona”nın “10 nömrəsi” olan Lionel Messinin PSJ-yə keçidi zamanı ən çox müzakirə olunan mövzulardan onun hansı nömrəni seçməsi idi.

Apasport.az saytının məlumatına görə, Neymar 10 nömrəli formanı təklif etsə də, argentinalı bundan imtina edərək, “Barselona”dakı ilk forması olan 30-u seçib.

Dünya futbolunda “30” çox da populyar rəqəm deyil. Ancaq Messi ulduzlar arasında bu nömrəni daşıyan yeganə futbolçu deyil. Yaxın keçmişdə 30 nömrəli forma altında çıxış edən bəzi tanınmış simaları təqdim edirik.

Lionel Messi (PSJ)
David Luiz (“Çelsi”)
Nikolas Otamendi (“Mançester Siti”, “Benfika”)
Rişarlison (“Everton”)
Rodriqo Bentankur (“Boka Xuniors”, “Yuventus”)
Luka Toni (“Viçentsa”, “Fiorentina”, “Roma”)
Stiv Mandanda (“Marsel”, “Kristal Pelas”)