16:15 05-09-2021
news_image
152
FUTBOL

Dünyanın ən çox maaş ödəyən klubları – PSJ zirvəyə yüksəldi

Yay fasiləsində 5 ulduz futbolçu heyətinə qatan PSJ, xüsusən də, Lionel Messinin gəlişindən sonra dünyanın ən çox maaş ödəyən klubuna çevrilib.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi hazırda oyunçularına illik ümumilikdə 256 milyon funt-sterlinq məvacib verir.

Messinin gedişindən sonra “Barselona” siyahıda 3-cü pilləyə yuvarlanıbsa, bir neçə aparıcı oyunçusunu itirən “Real” 2-ci yerdə qərarlaşır.

Cari mövsümdən dünyanın ən çox maaş ödəyən klubları:
1. PSJ - 256 milyon funt-sterlinq
2. “Real” - 212 milyon
3. “Barselona” - 195 milyon
4. “Mançester Yunayted” - 193 milyon
5. “Yuventus” - 184 milyon
6. “Bavariya” - 166 milyon
7. “Çelsi” - 159 milyon